İranın xarici işlər naziri Abbas Əraqçi və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
"Report" İran XİN rəhbərinin sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, söhbət zamanı tərəflər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda son regional hadisələri və Livandakı vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı BMT-nin Baş katibi Fars körfəzi bölgəsində və Qərbi Asiyada vəziyyət, həmçinin gəmiçiliyin təhlükəsizliyi ilə bağlı öz fikirlərini açıqlayıb.
Əraqçi vurğulayıb ki, Hörmüz boğazındakı vəziyyəti regiondakı ümumi vəziyyətdən ayrı nəzərdən keçirmək olmaz, çünki boğazda gəmiçiliyin pozulması ABŞ və İsrail tərəfindən aparılan müharibənin nəticəsidir.