IMG-LOGO

Bakıda yaşayış binasında yanğın başladı

17 Mar 2026 11:30 5 baxış
IMG
0 0

Bakının Xətai rayonunda, Xocalı prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

***

FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Hadisələr

Xəbər lenti