IMG-LOGO

Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var

17 Mar 2026 09:59 6 baxış
IMG

Bakının Sabunçu rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2001-ci il təvəllüdlü Ramil Qafar oğlu Tağıyevin idarə etdiyi motosikletlə BYD markalı avtomobil toqquşub.

Xəstəxanaya yerləşdirilən motosiklet sürücüsü orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti