IMG-LOGO

SEPAH ABŞ-nin Bəhreyn və BƏƏ-dəki hərbi bazalarına hücum edib

16 Mar 2026 23:49 3 baxış
IMG

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili - red.) "Şeyx İsa" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən 32 kilometr məsafədəki "Əl-Dəfra" hərbi hava bazalarına hücum edib.

"Report" xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Fars" agentliyi məlumat yayıb.

"Amerika hərbçilərinin qırıcı təyyarə anqarları qanadlı raketlərlə məhv edilib", - məlumatda bildirilib.

SEPAH hücumların hərbi bazalar tamamilə boşaldılıb məhv edilənə qədər davam olunacağını vurğulayıb.

Xəbər lenti