IMG-LOGO

İran XİN: ABŞ və İsrail Tehrandakı elektrik yarımstansiyalarını hədəf alıb

16 Mar 2026 21:29 2 baxış
IMG

Tehran səmasında partlayış səsləri eşidilib, İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ və İsrail İslam Respublikasının paytaxtındakı elektrik yarımstansiyalarını hədəf alıb.

"Report"un xəbərinə görə, bunu İran XİN-in sözçüsü İ.Bəqai "X"dəki hesabında yazıb.

"Yarımstansiyalar sıradan çıxsaydı, şəhər qaranlığa qərq olardı",- o bildirib. İ.Bəqai əlavə edib ki, gənclərin sayəsində iki saatdan az müddətdə evlərin elektrik təchizatı bərpa edilib:

"Bizim məğlubedilməzliyimiz İranın işığına və sabitliyinə sadiq olan belə gənclərin varlığı ilə şərtləndirilir".

Xəbər lenti