IMG-LOGO

Belçikada Cənubi Qafqazın yaşıl enerjiyə keçidi müzakirə olunub

16 Mar 2026 19:47 4 baxış
IMG

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (TEM-CECECO) icraçı direktoru Aysel Yaqubova Brüsseldə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Avropa ittifaqındakı nümayəndəsi Kristof İveto ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə UNIDO-nun "X"dəki hesabında məlumat yayılıb.

Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqovun da iştirak etdiyi görüş regionda (Cənubi Qafqaz, Xəzər dənizi – red.) yaşıl enerji sahəsində əməkdaşlığın fəallaşdırılması və aşağı karbonlu sənaye artımının stimullaşdırılmasına yönəlib.

Xəbər lenti