IMG-LOGO

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub

16 Mar 2026 18:52 7 baxış
IMG

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə martın 16-da Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, Xocavəndə səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub.

Qərargahın üzvlərinə həmçinin ərazidə aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib.

Xəbər lenti