Azərbaycan Prezidenti Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri cümlədən Xocavənd şəhərinin Baş planı ilə tanış olublar.
"Report" xəbər verir ki, Qərargah üzvlərinə, həmçinin Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələr barədə məlumat verilib.
Qeyd edək ki, bu gün Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində növbəti iclas keçirilib.

