IMG-LOGO

Türkiyə XİN: Krımdakı vəziyyəti de-fakto tanımırıq və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik

16 Mar 2026 12:56 2 baxış
IMG

Türkiyə Xarici İşlər Nazirliyi Krım Muxtar Respublikasının qanunsuz ilhaqını tanımadığını bir daha açıqlayıb.

"Report" xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb.

"Rusiyanın Ukraynanın Krım Muxtar Respublikasını qeyri-qanuni referendum nəticəsində ilhaq etməsinin on ikinci ildönümündə beynəlxalq hüquqa zidd vəziyyəti de-fakto tanımadığımızı bir daha təsdiqləyirik. Türkiyə Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyini davam etdirməklə Krım türklərinin vəziyyəti başda olmaqla yarımadadakı inkişafı yaxından izləyərək məsələni gündəmdə saxlamayacaq", - bəyanatda qeyd olunub.

Xəbər lenti