IMG-LOGO

Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb

15 Mar 2026 23:51 2 baxış
IMG

Qazaxıstanda keçirilən yeni konstitusiyanın qəbulu ilə bağlı keçirilən referenduma dair ilkin "exit-poll" nəticələri açıqlanıb.

"Report"un Qazaxıstan bürosu "Kazinform" agentliyinə istinadən xəbər verir ki, Avrasiya İnteqrasiya İnstitutu tərəfindən keçirilən sorğu ölkənin əsas qanununun yeni redaksiyasını vətəndaşların 86,7 %-nin dəstəklədiyini göstərib.

Seçicilərin fəallığı (iştirak faizi) 75,3 % təşkil edib. Ölkə üzrə 200 seçki məntəqəsində aparılan araşdırmada 30 min nəfər iştirak edib.

Astana Kompleks Sosial Araşdırmalar İnstitutunun ("Sotsis-A") "Kazinform" tərəfindən təqdim olunan "exit-poll" nəticələrinə görə, sorğuda iştirak edən vətəndaşların 87,4 %-i yeni konstitusiyanın lehinə səs verib. Məlumata görə, seçki məntəqələrində aktivlik 73,8% təşkil edib.

Xəbər lenti