IMG-LOGO

Türkiyə 2 min kilometr məsafəli raket proqramı üzərində işləyir

15 Mar 2026 15:18 3 baxış
IMG

Türkiyə 2 min kilometr məsafəli raket proqramı üzərində işləyir.

"Report" xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "Kanal 7"nin efirində deyib.

"Tayfun"un yeni növləri hazırlanır, "Seyir" raketləri də hava hücumundan müdafiə (HHM) sistemləri üçün problem yaradır",- türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, Türkiyənin digər raketləri də HHM sistemləri üçün asan hədəf deyil. M. Kacır bildirib ki, 2026-cı ildə Türkiyənin raket proqramında irəliləyiş gözlənilir:

"Bizim heç bir dövlətə qarşı ərazi iddiamız yoxdur, amma kimlərinsə bizim torpaqlarda gözü olmasın deyə hərbi potensialımızı gücləndirməliyik".

Xəbər lenti