Türkiyənin mərkəzində 5,3 bal gücündə zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Zəlzələnin episentri təxminən 129.000 insanın yaşadığı Tokat şəhərindən 46 km şimalda, ocağı 6 km dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.