IMG-LOGO

Azərbaycan Xirosimanın administrasiyasını WUF13-ə dəvət edib

12 Mar 2026 16:57 3 baxış
IMG

Azərbaycanın Yaponiyadadkı səfiri Fərid Talıbov Yaponiyanın Xirosima şəhərinin administrasiyasını 2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın Yaponiyadadkı səfirliyinin feysbukdakı paylaşımında bildirilib.

Məlumata əsasən, Fərid Talıbov Xirosima şəhərinin meriyasını ziyarət edərək şəhərin meri Kazumi Matsui ilə görüş keçirib.

"Səfir Fərid Talıbov həmçinin Xirosima şəhərini bu ilin may ayında Azərbaycanda keçiriləcək WUF13-də iştirak etməyə dəvət edib. Bu forumda dünya liderləri və ekspertlər mənzil çatışmazlığı və davamlı şəhər inkişafı kimi aktual problemləri müzakirə edəcəklər", - bəyanatda qeyd olunub.

Xəbər lenti