Qlobal Bakı Forumu geniş ekspert təmsilçiliyi sayəsində əsas çağırışlara cavab axtarmağın mümkün olduğu platformaya çevrilib.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Latviyanın keçmiş xarici işlər naziri Artis Pabriks bəyanat verib.
A.Pabriksin sözlərinə görə, forum davam edən silahlı münaqişələr fonunda xüsusilə əhəmiyyətlidir: "Burada, bu qədər çox insanı ən vacib qlobal məsələlərin müzakirəsi üçün bir araya gətirən Bakı Forumunda olmağıma şadam, xüsusilə indi, biri İranda, digəri Ukraynada iki böyük müharibənin davam etdiyi bir vaxtda".
Latviyanın sabiq XİN başçısı ümidvardır ki, forumun auditoriyası, iştirakçıları münaqişələrin nizamlanması və qlobal problemlərin həlli üçün ideyalar təklif edə biləcəklər.