Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon bu gün XIII Qlobal Bakı Forumunda keçirilən müzakirələrin vacibliyini qeyd edib.
"Report"un məlumatına görə, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumunda maraqlı müzakirələr. Müzakirələr beynəlxalq nizamın müasir şəkildə yenidən qurmasına həsr olunub. Forum Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Belçikanın sabiq baş nazirləri Şarl Mişel və İv Letermin iştirakı ilə açılıb", - o yazıb.