IMG-LOGO

Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir

11 Mar 2026 17:19 5 baxış
IMG

Avropa İttifaqı (Aİ) Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir.

"Report"un məlumatına görə, bunu Aİ Şurasının Prezidenti Antonio Koşta Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyiş yüksək qiymətə layiqdir:

"Sülh iki ölkənin xalqlarına çox yaxşı təsir edir. Azərbaycanın regional gündəlikdəki rolu da artır".

Xəbər lenti