IMG-LOGO

Əli Əsədov və Fransisko Qamboa Azərbaycan-Kosta Rika əməkdaşlığını müzakirə edib

11 Mar 2026 17:33 3 baxış
IMG

Baş nazir Əli Əsədov Azərbaycanda səfərdə olan Kosta Rikanın Birinci vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Fransisko Qamboanın XIII Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Dünyada artan gərginlik və mürəkkəb geosiyasi proseslər fonunda forumun dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadığı bildirilib.

Görüşdə həmçinin Azərbaycan-Kosta Rika əlaqələrinin iqtisadi, investisiya, yaşıl enerji, humanitar və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan da iştirak edib.

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.

Xəbər lenti