IMG-LOGO

İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək

11 Mar 2026 16:25 3 baxış
IMG

İranın idman naziri Əhməd Dünyamalı bildirib ki, ölkə futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb.

O, həmçinin qeyd edib ki, ölkə minlərlə iranlının öldüyü müharibəni yaşamaq məcburiyyətində qalıb, buna görə də turnirdə iştirak tamamilə istisna olunur.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran yığması Belçika, Misir və Yeni Zelandiya komandaları ilə bir qrupda yer alıb.

Xəbər lenti