IMG-LOGO

"Sabah" klubunun Yusif İmanova görə apellyasiya müraciəti təmin olunmayıb

11 Mar 2026 16:45 3 baxış
IMG

AFFA Apellyasiya Arbitraj Tribunalı "Sabah" klubunun şikayətini təmin etməyib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi sabiq qapıçısı Yusif İmanovla bağlı qərardan narazı qalsa da, müsbət cavab almayıb.

Oyunçuların Statusu və Transferi Komitəsinin "Yusif İmanov – Sabah Futbol Klubu" işi ilə əlaqədar ötən il dekabrın 3-də 8604 saylı qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, ötən ilin sonunda Oyunçuların Statusu və Transferi Komitəsi "Sabah"ın Y.İmanova 10 000 manat ödəməsi ilə bağlı qərar çıxarıb. Qapıçı hazırda "Kəpəz" klubunda çıxış edir.

Xəbər lenti