IMG-LOGO

Ramazanın 19-cu gününün imsak və iftar vaxtı

29.03.2024 00:05 11 baxış
IMG

Bu gün Ramazan ayının on doqquzuncu günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:02-də, ifrat vaxtı saat 19:17-dir.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on doqquzuncu gününün iftar duasını təqdim edir:

"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".

Tərcüməsi:

"İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi".

Xəbər lenti