IMG-LOGO

“Qızıl top”un əsas favoritinin sevgilisinin adı məlum oldu - FOTOLENT

29.04.2024 12:46 24 baxış
IMG

“Real”ın və İngiltərənin futbol milli komandasının 20 yaşlı ulduzu Cud Bellinqem hollandiyalı model Laura Seliya Valk ilə görüşür.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, cütlük sevgili olduqlarını reklam etməyə tələsmir, lakin onlar Madriddə (İspaniya) baş tutan nüfuzlu Laureus idman mükafatının təqdimetmə mərasimində birlikdə görüntüləniblər. Orada Bellinqem “İlin sıçrayışı” mükafatını qazanıb.

Qeyd edək ki, 25 yaşlı Laura 385 min abunəçisi olan məşhur modeldir. O, Avropanın aparıcı brendlərinin şoularında çıxış edir və öz konsaltinq agentliyinə malikdir.

Bellinqem ötən ildən “Real”da oynayır. O, Madrid klubunda 25 oyun keçirib və 17 qol vurub. İngilis "Qızıl top"u qazanmaq üçün əsas favorit hesab olunur.

 

Xəbər lenti