IMG-LOGO

Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

28.04.2024 17:01 13 baxış
IMG

Göygöldə çətin keçilən ərazidən meyiti tapılan şəxsin kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, meyiti aşkarlanan Qızılca kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramovdur.

Faktla bağlı araşdırma aparılır.

***

saat 16.27

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti