IMG-LOGO

Bakı-Qazax yolunda yük maşını aşdı

28.04.2024 19:39 14 baxış
IMG

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan sement daşıyan "DAF" markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yolunun kənarına aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, yük maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Xəbər lenti