IMG-LOGO

Bu qidalar dişləri saraldır - DİQQƏTLİ OLUN

29.04.2024 12:57 14 baxış
IMG

Mütəxəssislər dişləri ağ saxlamağın asan yolunu açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə tərkibində rəngləndirici olan qidalardan qaçınmaq lazımdır. 

Çay, qəhvə, souslar, qablaşdırılmış şirələr, qənnadı məmulatları dişlərin rəngini saraldır. Bu məhsullardan hər hansı birini istehlak etdikdən sonra, mütləq su ilə ağız yaxalanmalıdır. Bu sadə prosedur yemək bitdikdən dərhal sonra həyata keçirilməlidir. Mütəxəssislər daha çox düyü, ət, yumurta ağı, süd və fermentləşdirilmiş süd məhsullarından istifadə etməyi tövsiyə edir.

Xəbər lenti