IMG-LOGO

Gəncədə güclü yanğın başladı, sakinlər köçürülür

28.03.2024 23:17 11 baxış
IMG

Gəncədə yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın Heydər Əliyev Prospektində yerləşən 3 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Həmin binada anidən yanğın başlayıb.

Əraziyə dərhal FHN-nin 10-yaxın yanğınsöndürən avtomobili və 50-dən çox canlı qüvvəsi, həmçinin təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hazırda binanın dam örtüyünün söndürülməsi istiqamətində işlər davam etdirilir, yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınır. 

Yanğın nəticəsində binanın dam örtüyü tamamilə yararsız vəziyətə düşüb.  

Bina sakinləri təxliyə edilir.

Xəbər lenti