IMG-LOGO

Qalmaqallı “İstanbul” Klinikasının sahibi Əziz Quliyev “Toplum TV”ni də MALİYYƏLƏŞDİRİR? – Şok məlumatlar

08.03.2024 17:57 2054 baxış
IMG

Mediada adı dəfələrlə qalmaqallarda hallandırılan “İstanbul” Klinikasının Sahibi Əziz Quliyev barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Yayılan xəbərlərə görə Əziz Quliyev gizli şəkildə “Toplum TV”ni maliyyələşdirir. Məlumata görə klinikada həkim işləyən Aydın Əliyev “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin qaynıdır.

Əziz Quliyevin də məhz Aydın Əliyev vasitəsilə gizli şəkildə “Toplum TV”yə mütəmadi olaraq maliyyə dəstəyi verdiyi bildirilir.

Qeyd edək ki, mediada Əziz Quliyevin adı AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə birgə hallanır. Quliyevin özünə “ağsaqqal” bildiyi Mehdiyevin yaxın adamı “Bəy Mamed”lə şərik olduğu, habelə Ramiz Mehdiyevin himayədarlığı ilə İmişli rayonundakı heyvan bazarını ələ keçirdiyi qeyd edilir.

Xəbər lenti