IMG-LOGO

Bu ağac “gəzə bilir” – Sirli palma alimləri təəccübləndirir

29.04.2024 13:41 13 baxış
IMG

Bu ağacın elmi adı Socratea exorrhizadır, ona "gəzən palma" da deyilir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Socratea exorrhiza Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yetişir. İ

Bu ağacın qəribəliyi ondadır ki. onun kökləri torpağın üstündə yerləşir və yeriyə bilir.

İddialara görə, ağac köklərini getmək istədiyi istiqamətdə böyüdərək kölgədən günəş işığına “gedir”.

Bioloqlar ağacın gündə iki və ya üç santimetr yer dəyidiyini bildiriblər.

Onun yeridiyini ilk dəfə 1980-ci ildə professor Con H. Bodley bildirib. Bəzi mütəxəssislər isə “gəzən palma”nın əslində gəzmədiyini bildirirlər.

Alimlər yeriyən palma və onun unikal kök sistemini öyrənməyə davam edirlər. Bəziləri köklərin bataqlıq ərazilərdə ağacın daha davamlı olmasına, bəziləri bu kök sisteminin onun daha uca boylu olmasına xidmət etdiyinə inanırlar. Hələlik bu ağac öz sirrini qoruyub saxlayır və onun haqqında araşdırmalar davam edir.  

Xəbər lenti