IMG-LOGO

Avropanın ən yaxşı turizm paytaxtı BU ŞƏHƏR SEÇİLDİ

29.04.2024 13:52 12 baxış
IMG

2024-cü ildə dünyada turizm bir az daha bərpa olunmağa başlayıb. Buna görə də bir çox insan Avropanın ən cəlbedici ölkələrini ziyarət etməyə can atır.Turistlər üçün ən cəlbedici sayılan Avropa paytaxtlarının reytinqi hazırlanıb.

Lent.az xarici mediaya istinadən həmin siyahını təqdim edir: 

Reytinqdə birinci yeri gözəl memarlığı, təbiəti və sərfəli qiymətləri ilə tanınan Lissabon (Portuqaliya) tutub. Şəhərdə bir həftə qalmaq üçün ziyarətçilər orta hesabla 385 avro ödəməli olacaqlar.

Hakimiyyət turistlər üçün vergini artırmağı planlaşdırsa da, bu Avropa paytaxtı keyfiyyət və qiymətin vəhdətinə görə digərlərini üstələyir. Üstəlik, Portuqaliya ən dost ölkələrdən biri hesab olunur. 

İkinci yerdə Amsterdam (Hollandiya), səyahət edənlərə orta hesabla 465 avroya başa gələcək, Praqa (Çexiya) isə 365 avro ilə ilk üçlüyü tamamlayır. 

Siyahıda sonrakı yerləri Varşava (Polşa), Madrid (İspaniya), Zaqreb (Xorvatiya), London (Böyük Britaniya), Roma (İtaliya), Bern (İsveçrə) və Paris (Fransa) tutur.   

Xəbər lenti