IMG-LOGO

Qazaxda sərhədçimiz minaya düşdü - YENİLƏNİB

29.04.2024 13:55 13 baxış
IMG

Hərbi qulluqçumuzun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

***

saat 12:42

Qazax rayonu ərazisində mina partlayışı baş verib.

Lent.az xəbər verir ki, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. 

O, xəstəxanaya yerləşdirilib.

Xəbər lenti