IMG-LOGO

Vasif Talıbovun yaxın adamına cinayət işi açıldı

11 Mar 2026 12:50 5 baxış
IMG
1 0

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub.

Lent.az APA-ya istinadla bildirir ki, MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində ittiham olunur.

Onunla bağlı Baş Prokurorluqda cinayət işi başlandığı bildirilir.

Oxu.az saytının məlumatına görə isə “Naxçıvan Taxıl Məhsulları” MMC-nin vaxtilə Vasif Talıbovun ailəsinə məxsus olduğu bildirilən "Gəmiqaya Holdinq"lə əlaqəsi iddia olunur.

Belə ki, "MEST-1" və "MEST-3" MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda "Gəmiqaya Turizm" MMC-nin də qanuni təmsilçisidir.

Xatırladaq ki, "Gəmiqaya Holdinq"in adı bir müddət əvvəl "Arkoz Holdinq" olaraq dəyişdirilib. Hazırda isə ölkədə "Gəmiqaya" və "Arkoz" adları ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər mövcuddur.

Şakir Nazim oğlu Tarverdiyev Vasif Talıbov “Naxçıvan Taxıl Məhsulları” MMC

Xəbər lenti