Telefon və kompüter ekranlarından gələn mavi işıq yaşlanmanı sürətləndirir.
Lent.az “Euronews”a istinadla xəbər verir ki, aparılan yeni araşdırma bunu deməyə əsas verir.
Araşdırmada bildirilir ki, mavi işıq-şüa piylənməyə və psixoloji xəstəliklərə səbəb ola bilər. Televizor, kompüter və smartfon tipli cihazların mavi işığına məruz qalmaq yaşlanma prosesini sürətləndirir.
“Frontiers in Aging” jurnalında dərc edilən araşdırmaya görə, hər gün istifadə edilən bu tipli cihazlardan əks olunan mavi işığa həddindən artıq məruz qalmaq dəri və yağ hüceyrələri ilə yanaşı, bədənin müxtəlif hüceyrələrinə də zərər vurur.
Milçəklər üzərində aparılan tədqiqatda məlum olub ki, bu həşəratın hüceyrələrində insan hüceyrələrinə oxşar kimyəvi maddələr mövcuddur. Tədqiqat nəticəsində milçəklərdə erkən yaşlanmaya səbəb olan kimyəvi dəyişikliklər müşahidə olunub.
Mavi işığın insan hüceyrələrinə təsirini araşdırmaq üçün yeni tədqiqata ehtiyac olduğu bildirilib.