ABŞ prezidenti Donald Trumpın sərvəti bir il ərzində 1,4 milyard dollar artaraq 6,5 milyard dollara çatıb.
Lent.az xəbər verir ki, bu barədə Forbes jurnalı dünyanın ən varlı milyarderlərinin reytinqinə istinadən məlumat yayıb.
“Növbəti milyarderlər reytinqinə əsasən, prezidentin sərvəti hazırda 6,5 milyard dollar təşkil edir ki, bu da bir il əvvəlki göstəricidən 1,4 milyard dollar çoxdur”, - məlumatda deyilir.
Jurnalın məlumatına görə, 2025-ci ildə Tramp dünyanın təxminən 3,4 min ən varlı milyarderi arasında 700-cü yeri tuturdu, indi isə 645-ci yerə yüksəlib.
Qeyd olunur ki, ABŞ liderinin sərvətinin artması əsasən onun kriptovalyuta sahəsindəki fəaliyyətindən, tokenlərin və bir vaxtlar tam şəkildə ona məxsus olmuş “World Liberty Financial Holding” şirkətinin səhmlərinin satışından, həmçinin şirkətdə qalan payından əldə etdiyi gəlirdən qaynaqlanır.
Tramp