IMG-LOGO

Çempionlar Liqası: "Qalatasaray" 1/8 final mərhələsinin ilk matçında "Liverpul"u məğlub edib

11 Mar 2026 00:07 3 baxış
IMG

Türkiyə təmsilçisi "Qalatasaray" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında İngiltərənin "Liverpul" komandasına qalib gəlib.

"Report" xəbər verir ki, İstanbuldakı "Rams Park" stadionunda baş tutan matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 7-ci dəqiqədə Mario Lemina vurub.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu martın 18-dən 19-na keçən gecə keçiriləcək.

Xəbər lenti