IMG-LOGO

Cəlilabadda 14 yaşlı yeniyetmənin meyiti tapıldı

10 Mar 2026 20:37 2 baxış
IMG
1 0

Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.

İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində olması hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

meyit

Xəbər lenti