IMG-LOGO

Ağdaşda üzərinə qaynar su tökülən 78 yaşlı şəxs ölüb

10 Mar 2026 11:00 8 baxış
IMG

Ağdaşda üzərinə qaynar su tökülən şəxs ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhər sakini, 78 yaşlı Zakir Rəsulov yaşadığı evin hamam otağında olarkən su qızdırıcı partlayıb və qaynar su onun üzərinə dağılıb.

Xəstəxanaya çatdırılan şəxs tibbi müdaxilələrə baxmayaraq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti