IMG-LOGO

Şəkidə 47 yaşlı qadın dəm qazından ölüb

10 Mar 2026 09:15 5 baxış
IMG

Şəkidə 47 yaşlı qadın dəm qazından boğularaq ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Çələbixan qəsəbəsində baş verib.

1979-cu il təvəllüdlü Kəmalə Quliyeva yaşadığı ünvanda dəm qazından həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti