IMG-LOGO

Azərbaycanlı futbolçunun baş məşqçisi istefaya göndərilib

19.02.2024 14:15 72 baxış
IMG

Azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyənin “Kocaelispor” klubundakı baş məşqçisi Ərtuğrul Sağlam istefaya göndərilib.

“Report” xəbər verir ki, bu barədə I Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qarşılıqlı razılıqla 54 yaşlı mütəxəssislə yollar ayrılıb. Təcrübəli çalışdırıcının istefasına səbəb komandanın son vaxtlar uğursuz nəticələr göstərməsidir.

Qeyd edək ki, “Kocaelispor” 23 turdan sonra 43 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti