Portuqaliyanın “Braqa” klubu UEFA Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunu üçün fevralın 20-də Bakıya gələcək.
Bu barədə “Report”a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, axşam saatlarında paytaxtda olacaq komanda “Hilton” hoteldə məskunlaşacaq. Baş məşqçi Artur Jorjenin burada yeganə məşqi fevralın 21-də matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
“Braqa” rəhbərliyi Bakıya azarkeş də gətirəcək. Bunun üçün portuqaliyalılar 100 bilet istəyiblər.
Qeyd edək ki, fevralın 22-də keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Braqadakı ilk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.
Bizim WhatsApp kanalımıza abunə olun