Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.
"Palms Sports Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
56-cı dəqiqədə Joarlem Santos fərqlənib.
Qələbədən sonra xallarının sayını 44-ə çatdıran Tovuz klubu üçüncü pillədə qərarlaşıb. Bakı təmsilçisi 31 xalla yeddinci sıradadır.
Günün ilk görüşündə "Zirə" "Kəpəz"lə bərabərə qalıb - 2:2.
Qeyd edək ki, əvvəlki matçlarda "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib. Tura martın 10-da yekun vurulacaq.