Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Saatlı rayonunun Bəylik kəndi ərazisində baş verib.
Minik avtomobili yolu keçən Bəylik kənd sakini, 76 yaşlı Əlövsət Məmmədovu vurub.
Bir müddət sonra piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr