Saturnun Mimas peykinin buzla örtülmüş səthinin altında böyük bir okean ola bilər.
Lent.az "Nyu York Times"a istinadla xəbər verir ki, Fransa, Çin və Böyük Britaniyadan olan tədqiqatçılar 2017-ci ildə Saturnu və onun peyklərini 10 ildən çox təhlil edən ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Cassini-Huygens" kosmik gəmisinin müşahidələrini müzakirə ediblər.
Planetdəki dəyişiklikləri də təhlil edən tədqiqatçılar Mimasın buzla örtülmüş səthindən 20-30 kilometr aşağıda böyük okean ola biləcəyini qeyd ediblər.
Tədqiqatın müəlliflərindən Valeri Lainey deyib ki, ən əhəmiyyətli tapıntı Mimasda bir okeanın olması ehtimalıdır.
Tədqiqatın təfərrüatları "Nature" jurnalında dərc olunub.