IMG-LOGO

NATO-nun nümayəndəsi: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını qətiyyətlə dəstəkləyirik

18 Feb 2024 13:03 193 baxış
IMG

NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması səylərinə qətiyyətlə dəstək verir.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Ermənistan və Azərbaycanın yenidən yüksək səviyyədə görüşməsini və uzunmüddətli sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəlməsini görmək həqiqətən çox vacibdir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması səylərinə güclü dəstək verir", - Xavyer Kolomina bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti