IMG-LOGO

Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub

08 Nov 2026 17:24 2 baxış
IMG

Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub.

"Report"un məlumatına görə, günün ikinci qarşılaşmasında "Naxçıvan" "LANDAU Lions"u məğlub edib.

Milli Gimnastika Arenasında reallaşan görüş 63:59 hesabı ilə yekunlaşıb.

Günün ilk matçında "Sumqayıt" səfərdə "Gəncə"ni üstələyib - 80:76.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Sabah" "Ordu"nu (93:81), "Neftçi" NTD-ni (82:63) məğlub edib.

Mənbə: report.az

Xəbər lenti