IMG-LOGO

"Böyük Dəbilqə": Azərbaycanın daha 8 cüdoçusu mübarizəyə başlayır

18.02.2024 09:45 64 baxış
IMG

Bu gün Azərbaycanın daha 8 cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, yarışın sonuncu günündə Nigar Süleymanova (+78 kq), Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov (hamısı 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Böyük Dəbilqə Nigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 final Murad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 final Elcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 final Vüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 final Zelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 final Əjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyir Camal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final Kənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti