IMG-LOGO

Masazırda qadını elektrik cərəyanı vuraraq öldürüb

08 Mar 2026 14:42 6 baxış
IMG

Abşeron rayonunun Masazır qəsəbəsində qadın elektrik cərəyanı vurması nəticəsində ölüb.

"Report"un yerlu bürosu xəbər verir ki, hadisə qəsəbə ərazisində yerləşən təndirxanaların birində qeydə alınıb.

İlkin məlumata görə, qadının adı Bahar Muradovadır. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti