IMG-LOGO

Messinin həyat yoldaşı canlı yayımda görün necə yaxalandı

08 Mar 2026 09:35 4 baxış
IMG
0 0

Lionel Messinin həyat yoldaşı Antonella Rokkuzzo tədbir zamanı argentinalı futbolçunun telefonuna baxarkən kameraya düşüb. Bu an tez bir zamanda yayılıb və bir çox istifadəçi yumoristik şərhlər yazıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, Lionel Messinin həyat yoldaşı Antonella Rokkuzzonun argentinalı ulduzun telefonuna baxarkən çəkilmiş fotosu sosial mediada yayılıb.

Tədbir zamanı qeydə alınan görüntülərdə Antonella Rokuzzonun Messinin telefonuna baxdığı görünür. Sosial mediada paylaşılan bu an tez bir zamanda geniş diqqət çəkib.

Görüntüləri izləyən bir çox istifadəçi yumoristik şərhlər edib. Bəzi sosial media istifadəçiləri isə "O, hətta dünyanın ən sadiq kişisini də idarə edir" şərhini yazıblar.

Messi və Antonella uzunmüddətli münasibətləri sayəsində idman dünyasında ən çox müzakirə olunan cütlüklərdən biri olaraq qalmaqdadır.

Lionel Messi Antonella Rokuzzo

Xəbər lenti