IMG-LOGO

İngiltərə Premyer Liqası: “Arsenal” 5 cavabsız qol vurub, “Tottenhem” uduzub

17.02.2024 22:18 66 baxış
IMG

İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Börnli” “Arsenal”ı, “Tottenhem” isə “Vulverhempton”u qəbul edib.

“Report” xəbər verir ki, oyunlarda “topçular” böyükhesablı qələbə qazanıb, “Tottenhem” isə yenilib.

“Arsenal” səfərdə “Börnli”yə beş cavabsız qol vurub. Mikel Artetanın komandasında Bukayo Saka dubla imza atıb (biri penalti). Martin Edeqor, Leandro Trossard və Kay Haverts hərəyə bir qol vurub. Həmçinin Yakub Kivörlə Martin Edeqor aktivlərinə məhsuldar ötürmə əlavə ediblər.

“Tottenhem” isə bu mövsüm ikinci dəfə “qurdlar”a məğlub olub. 42-ci dəqiqədə Joao Qomes Pablo Sarabiyanın dəqiq ötürməsindən sonra topu tora göndərib. İkinci hissənin ilk saniyələrində “mahmızlar”ın futbolçusu Deyan Kuluşevski status-kvonu bərpa edib. Bununla belə, Qomes dubl edərək komandasını hesabda irəli çıxarıb və yekun hesabı müəyyənləşdirib – 1:2.

Qeyd edək ki, “Arsenal”ın 25 oyundan sonra 55 xalı var və ikinci pillədə qərarlaşıb. Onu lider “Liverpul”dan iki xal ayırır. “Topçular”ın ən yaxın təqibçisi isə üç xal fərqlə “Mançester Siti”dir, “şəhərlilər”in ehtiyatında iki oyun var. “Börnli” isə turnir cədvəlinin 19-cu pilləsində yer alıb, komandanın mövsümün sonunda liqanı tərk edəcəyi ehtimalı yüksəkdir.

“Tottenhem” isə bu məğlubiyyətdən sonra 47 xalla beşinci yerdə qalıb. Onu yenmiş “Vulverhempton” isə “Çelsi”ni ötərək 10-cu pilləyə yüksəlib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti