IMG-LOGO

Azərbaycan səfirliyinin maşını Moskvada metronun girişinə çırpıldı

07 Mar 2026 23:05 3 baxış
IMG
0 0

Bu gün təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən "Columbus" ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub. Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəymişdir. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.

Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb.

Avtomobili diplomatın həyat yoldaşı idarə edib.

səfirlik moskva qəza metro

Xəbər lenti