IMG-LOGO

"Sumqayıt" turun açılış oyununda "Karvan-Yevlax"la bərabərə qalıb

07 Mar 2026 16:53 5 baxış
IMG

Misli Premyer Liqasında XXIII tura start verilib.

"Report"un məlumatına görə, turun ilk oyun günündə "Sumqayıt" səfərdə "Karvan - Yevlax"la bərabərə qalıb - 1:1.

Yevlax şəhər stadionunda baş tutan matçda qonaqların heyətində Səbuhi Abdullazadə 51-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb.

Yevlax təmsilçisi 90+3-cü dəqiqədə Coy Sleyd Mikelslə bərabərlik qolunu vurub.

"Sumqayıt" 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 8 xala malik "Karvan-Yevlax" isə sonuncu - 12-cidir.

Qeyd edək ki, XXIII tura martın 10-da yekun vurulacaq.

Xəbər lenti