IMG-LOGO

Messinin "İnter Mayami"dəki qazancı bəlli oldu

07 Mar 2026 15:36 4 baxış
IMG
2 0

ABŞ-ın “İnter Mayami” klubunun ortaq sahibi Xorxe Mas argentinalı hücumçu Lionel Messiyə klubda nə qədər maaş verildiyini açıqlayıb.

 Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, futbolçunun bu yüksək xərcləri tam doğrultduğunu deyib:

“Mənə sponsorlar lazımdır və onlar dünya səviyyəli olmalıdırlar, çünki futbolçular bahalıdır. Mən Messiyə bütün ödənişlər daxil olmaqla ildə 70–80 milyon dollar ödəyirəm”.

Qeyd edək ki, 2025-ci ildə Messi “İnter Mayami” ilə birlikdə MLS çempionatını qazanıb.

Messi Kataloniyanın “Barselona” klubunun yetirməsidir. O, əsas komandada 2003–2021-ci illərdə çıxış edib. Bu müddət ərzində 835 oyunda iştirak edib və 709 qol vurub. Messi “Barselona”nın heyətində dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə isə Argentina millisi ilə dünya çempionatını qazanıb. Bundan başqa, o, iki dəfə Amerika Kubokunu qazanıb və səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb.

İdman xəbərləri “İnter Mayami" Messi

Xəbər lenti